AZ

Qazaxıstanda körpü çökdü – VİDEO

Qazaxıstanda Keles çayı üzərində yerləşən avtomobil körpüsü çöküb.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Məlumata görə, körpüdə yaranmış çatlar vaxtında aşkar edildiyindən ərazi üzrə nəqliyyatın hərəkəti əvvəlcədən məhdudlaşdırılıb və bu da mümkün faciənin qarşısını alıb.

Rəsmi qurumlar bildiriblər ki, körpünün çökməsinə əsas səbəb konstruksiyanın uzun illər ərzində aşınması, eləcə də dayaqların suyun davamlı təsiri nəticəsində çürüməsidir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, alternativ keçid yollarının təşkili və körpünün bərpası məsələləri nəzərdən keçirilir.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
110
konkret.az

1Mənbələr