Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avropa İttifaqı (Aİ) Rusiyanın neft ixracında istifadə etdiyi “kölgə donanması”na qarşı sanksiyaları genişləndirib. Aİ Şurasının yaydığı bəyanata görə, sanksiya siyahısına daha 41 tanker daxil edilib.
Qərara əsasən, siyahıya salınan gəmilərə Avropa İttifaqı limanlarına giriş qadağan olunur, həmçinin onlara dəniz daşımaları ilə bağlı geniş spektrli xidmətlərin göstərilməsi dayandırılır.
Aİ Şurasında bildirilib ki, “kölgə donanması”na daxil olan bu tanker gəmiləri Rusiyanın neftini mövcud sanksiyalardan yayınmaqla daşıyır və bununla da Moskvanın enerji daşıyıcılarından gəlir əldə etməsinə imkan yaradır.
Məlumata görə, hazırda Aİ-nin sanksiya siyahısına təxminən 600 gəmi daxil edilib. Brüsseldə hesab edirlər ki, bu addımlar Rusiyanın enerji ixracından əldə etdiyi maliyyə axınlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.