ain.az, Baku.ws saytına istinadən bildirir.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ölkənin bir neçə bölgəsində inzibati binaların əsaslı təmirini həyata keçirəcək.
BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri təxminən 7,26 milyon manat təşkil edir.
Təmir işləri Qax, Zaqatala, Qəbələ, Salyan, Biləsuvar, Hacıqabul, Xaçmaz və Qusardakı binaları əhatə edir.
Bütün satınalmalarda məqsəd uzun müddətdir regionlarda fəaliyyət göstərən DOST xidmət məntəqələrinin maddi-texniki bazasının yenilənməsi, binaların daha əlçatan və funksional olması, fiziki qüsurlu şəxslər üçün giriş imkanlarının yaxşılaşdırılması, həmçinin vətəndaş axınına uyğun şərait yaradılmasıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.