AZ

Yeni “iPhone” PLANŞET OLACAQ – FOTO

İlk qatlanan “iPhone” “Samsung”a bənzəyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, mütəxəssislər “Apple” şirkətinin ilk qatlanan smartfon modelinin layihə cizgilərini yayıblar. Bildirilir ki, yeni cihaz dizayn baxımından “Samsung Z Fold” modelini xatırladacaq.

Smartfon açılmış vəziyyətdə planşetə çevriləcək və ekranın təsvir ölçüsü 2713×1920 piksel təşkil edəcək. Cihazın digər bir özəlliyi isə onun ultra-nazik korpusa malik olmasıdır.

Yeni “iPhone”un 2026-cı ildə ictimaiyyətə təqdim edilməsi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
71
interpress.az

1Mənbələr