Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Azərbaycan–BƏƏ əməkdaşlığı iki ölkə arasında sadəcə ikitərəfli münasibətlər çərçivəsi ilə məhdudlaşmır”.Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, Azərbaycan və BƏƏ regional sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf məsələlərində oxşar mövqedən çıxış edirlər:“Xüsusilə enerji sahəsində əməkdaşlıq regional enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Bərpaolunan enerji layihələri isə yaşıl keçid prosesində region üçün nümunə yaradır. Azərbaycan Cənubi Qafqazda, BƏƏ isə Yaxın Şərqdə mühüm siyasi və iqtisadi aktor kimi çıxış edir. Bu iki ölkənin əməkdaşlığı fərqli regionlar arasında körpü rolunu oynayır. Nəqliyyat və logistika sahəsində birgə layihələr ticarət marşrutlarının şaxələndirilməsinə imkan yaradır”. O qeyd edib ki, investisiya əməkdaşlığı region ölkələri üçün yeni iqtisadi imkanlar açır:“Azərbaycan–BƏƏ münasibətləri qarşılıqlı etimada və uzunmüddətli strateji baxışa əsaslanır. Bu model regionda konstruktiv tərəfdaşlığın mümkün olduğunu nümayiş etdirir. Həmçinin bu əməkdaşlıq digər ölkələr üçün müsbət presedent formalaşdırır. Azərbaycan–BƏƏ tərəfdaşlığı regional əməkdaşlığın dərinləşməsinə və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.