ABŞ prezidenti Donald Tramp Xabarovsk diyarında istehsal olunmuş qırmızı kürü qutusunu qəbul edib.
Doğru.az xəbər verir ki, hədiyyə ABŞ-ın xüsusi elçisi Stiv Vitkov tərəfindən prezidentə çatdırılıb. O, Kremlə səfərindən əvvəl Moskva restoranlarından birində nahar edərkən Nikolayev rayonunun Çnırax kəndindəki balıq emalı zavodunun kürüsünü dadıb. Məhsulu bəyənən Vitkov qutunu Trampa təqdim etmək üçün özü ilə aparıb.
Bölgənin Sənaye və Ticarət Nazirliyi açıqlayıb ki, “Donald Tramp Xabarovsk diyarından qırmızı kürünün dadına baxacaq”.
Qeyd olunur ki, ABŞ prezidenti Tramp daha əvvəl bildirmişdi ki, Vitkov Moskvadakı görüşlərindən əvvəl Rusiya haqqında çox az məlumata sahib olub.
DOĞRU.AZ