Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerlihüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərlərininiştirakı ilə Pirquluoba kəndində sakinlərin müraciət və təklifləridinlənilib.
Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinədaxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba və Yeni Sudurkəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər son illər həyata keçirilən abadlıq və quruculuqişlərinə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektriktəsərrüfatının yenilənməsi, yolların təmiri və məşğulluqla bağlımüraciətlər səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarverib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyatakeçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.