Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev QHT.az -a açıqlamasında bildirib ki, təşkilat 2025-ci il ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə orta qrantlar proqramı çərçivəsində “Mənim təhlükəsiz virtual məkanım” layihəsini uğurla həyata keçirib.
Layihə virtual mühitdə artan risklərə - insan alveri cinayətləri, uşaq əməyinin istismarı, uşaq cinayətkarlığı, narkotiklərin təbliği, məişət zorakılığı və digər fəsadların qarşısının alınmasına yönəlib:
"Layihənin həyata keçirlməsi zamanı iştirakçılar tərəfindən göstərilən maraq, hər kəsin narahatçılığı, və bu sahədə daha geniş fəaliyyətlərin həyata keçirlməsi istiqamətində verilən təkliflər problemin ciddiliyindən irəli gəlirdi. Tədbirlər zamanı təşkil edilən ictimai dinləmələr dövlət qrumalrı, bələdiyyələr və QHT-lərin iştirakı ilə aktiv müzakirə, qarşılıqlı dialoq şəklində hər kəsin böyük maraq göstərdiyi laqeyidlikdən kənar hadisəyə çevrilirdi. Layihənin cəmiyyət tərəfindən yüksək maraqla qarşılanması təşkilatımızın uğuru kimi qiymətləndirlə bilər.
2026-cı il üçün əsas hədəflərimiz beynəlxalq təşkilatlar ilə əməkdaşlığı gücləndirmək, xüsusi ilə Türk Dövlətləri Təşkilatları çərçivəsində layihələrdə iştirak etməyi hədəfləyirik. Əlbətdə prioritet kimi ölkə daxilində social-iqtisadi inkişafa dəstək verən layihələrin həyata keçirlməsində iştiraka üstünlük verəcəyik".