AZ

Şahruddin Məhəmmədəliyev əməliyyat olunub

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.

Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

Seçilən
23
26
operativmm.az

10Mənbələr