Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsindən bir nümayəndə heyətinin sabah ABŞ tərəfi ilə sülh danışıqları üçün bir araya gələcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Belçika mediasının məlumatına görə, Zelenski Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada, ölkəsində müharibəni bitirmək məqsədilə ABŞ ilə danışıqların sabah yenidən başlayacağını deyib:
“Komandamız cümə və şənbə günləri ABŞ-də olacaq. Artıq yoldadırlar. Amerikalılar onları gözləyir”.Ukraynalı lider əlavə edib ki, Avropalı liderlər də həmin görüşlərdə iştirak edə bilərlər.
Ötən həftə Berlində keçirilən görüşlərdə Prezident Donald Trampın sülh planına dair Ukrayna tərəfinin ABŞ-yə təqdim etdiyi cavabdan sonra yaranmış vəziyyət müzakirə olunmuşdu.
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlardan sonra ABŞ və Ukrayna nümayəndə heyətləri arasında əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu açıqlamışdı.