525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Avropa İttifaqının fəaliyyətində korrupsiyanın izləri danılmazdır. Onlar zəngin erməni lobbisi tərəfindən maliyyələşdirilir və ifadə etdikləri fikirlər məhz erməni lobbisinin fikirləri və istəkləridir. Məqsəd ondan ibarətdir ki, münaqişə bitməsin, Ermənistan hər zaman problemlərlə üzləşsin, bunlar da öz fəaliyyətlərini davam etdirməyə bir səbəb tapsınlar. Avropa İttifaqı da onların istəklərini müvafiq sənədlərlə ifadə edir”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə Aİ-Ermənistan strateji tərəfdaşlıq gündəliyi və Avropa Parlamentində Azərbaycanda insan haqlarına dair təşkil edilən dinləmələrlə bağlı danışarkən deyib.
Deputat xatırladıb ki, dəfələrlə Aİ-də, Avropa Parlamentində, Avropa Şurasında müəyyən korrupsiya qalmaqaları olub, korrupsiyanın mövcudluğu ifşa edilib. İndi Azərbaycana qarşı qəbul olunan bütün sənədlərin arxasında da məhz korrupsiya amili dayanır.
“Azərbaycan Avropa İttifaqı üçün daha əhəmiyyətli tərəfdaşdır, amma bu amili ona görə nəzərə almırlar ki, qurumda konkret şəxsi maraqlar Aİ-nin maraqlarını üstələyir. Korrupsiya maraqları Avropa maraqlarından, dəyərlərindən dəfələrlə üstündür. Bəli, Azərbaycan, ölkəmizin həyata keçirdiyi layihələr Avropa ölkələri, Avropa İttifaqı üçün çox önəmlidir, amma korrupsionerlər üçün erməni diasporundan alınan maliyyə daha önəmlidir, nəinki Avropa dəyərləri. Onların dəyərləri yoxdur, onların dəyərləri odur ki, imkan daxilində nəyi sata bilirlərsə, satsınlardır”.
AP-də Azərbaycana dair insan haqları il bağlı dinləmələrə gəlincə, A.Mollazadə vurğulayıb ki, bunda da məqsəd eynidir:
“Biz eyni siyasəti, eyni oyunları görürük. Aİ-nin müşahidə missiyası regionda qalmağa davam edir, bu, əlbəttə ki, proseslərə mənfi təsir göstərir. Məqsəd isə məhz gərginliyin artırılmasıdır. Yenə də qayıdırıq bundan əvvəl dediyim sözlərə və fikrilərə”.
Aİ və AP-nin addımlarının sülh prosesinə təsirinə gəlincə, deputat bildirib ki, onlar çox səs çıxarsalar da, əslində zəifdirlər. ABŞ ilə rəqabətdə demək olar ki, mövcud deyillər. Onların təsir imkanları, əməkdaşlığı Rusiya ilə, İranla erməni lobbisinin pulları ilə bağlıdır, amma real siyasətdə və real işlərdə imkanları çox məhduddur”.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.