AZ

Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub (FOTO)

Bakı.Trend:

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləriçərçivəsində qardaş ölkənin nümayəndə heyəti dekabrın 18-də Şuşaşəhərində olub.

Trend xəbərverir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şuşanın tarixi, Azərbaycanın mədəniyyət vəədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altındaolduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilənvandalizm barədə qonaqlara ətraflı məlumat verilib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində AzərbaycanOrdusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illikişğaldan azad edilib. Qısa müddət ərzində şəhərdə sürətlibərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidənqurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdaqayıdışı təmin olunur.

Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isəİslam dünyasının “mədəniyyət paytaxtı” missiyasını uğurla yerinəyetirdiyi də nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində şəhərdə Natəvan, Bülbül və ÜzeyirHacıbəylinin güllələnmiş heykəlləri, Natəvanın evi, Natəvan bulağı,Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Bülbülün Ev-Muzeyi ilətanışlıq olub. Şuşanın tarixi-mədəni və dini məkanları, təbiizənginlikləri özbək qonaqlarda unudulmaz təəssürat yaradıb.

Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Seçilən
130
8
az.trend.az

9Mənbələr