
2025-ci il üçün “Globe Soccer Awards” mükafatlarının finalçıları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın “X” səhifəsində məlumat dərc olunub.
Bildirilir ki, 2025-ci ilin dünyanın ən yaxşı futbolçusu mükafatına namizədlər Usman Dembele (PSJ), Kilian Mbappe (“Real Madrid”), Rafinya (“Barselona”), Vitinya (PSJ) və Lamin Yamaldır (“Barselona”).
2025-ci ilin ən yaxşı kişi komandası adı uğrunda “Barselona”, “Çelsi”, “Flamenqo”, “Liverpul” və PSJ mübarizə aparır.
Qadın futbolçular arasında finalçılar isə bunlardır: Aytana Bonmati (“Barselona”), Mariona Kaldentey (“Arsenal”), Melşi Dumorne (“Lion”), Aleksiya Putelyas (“Barselona”), Alessiya Russo (“Arsenal”).
2025-ci ilin ən yaxşı qadın klubu adı üçün namizədlər isə “Arsenal”, “Barselona”, “Çelsi” və “Juventus”dur.
“Globe Soccer Awards”a görə, ilin ən yaxşı məşqçisi mükafatına namizədlər bunlardır: Xabi Alonso (“Real Madrid”), Mikel Arteta (“Arsenal”), Luis Enrike (PSJ), Hans Diter Flik (“Barselona”) və Enzo Mareska (“Çelsi”).
“Yaxın Şərqin Ən Yaxşı Oyunçusu” adına iddialılar bunlardır: Kərim Benzema (“Əl-İttihad”), Salem Əl-Dosari (“Əl-Hilal”), Riyad Marez (“Əl-Əhli”) və Kriştianu Ronaldo (“Əl-Nəsr”).
“İlin Gənc Oyunçusu" mükafatı uğrunda Pau Kubarsi (“Barselona”), Desire Due, Joau Neves (hər ikisi PSJ), Arda Güler (“Real Madrid”), Kenan Yıldız (“Yuventus”) mübarizə aparır.
Ən yaxşı hücumçu mükafatına namizədlər Usman Dembele, Xviça Kvaratsxeliya (hər ikisi PSJ), Kilian Mbappe (“Real Madrid”), Rafinya və Lamin Yamaldır (hər ikisi “Barselona”).
İlin ən yaxşı yarımmüdafiəçisi mükafatına namizədlər bunlardır: Cud Bellinqem (“Real Madrid”), Vitinya, Joau Neves (hər ikisi PSJ), Koul Palmer (“Çelsi”), Pedri (“Barselona”).