AZ

Xüsusi mühafizə olunan nüvə alimlərini necə öldürüblər?

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin İrana hücumu ilə başlayan və “12 günlük müharibə” adlandırılan qarşıdurma zamanı İsrail İranın nüvə alimlərini çoxqatlı kəşfiyyat fəaliyyəti və dəqiq zərbələr vasitəsilə hədəfə alaraq zərərsizləşdirib.

Reyting.az xəbər verir ki, “The Washington Post” və “PBS Frontline” nəşrlərinin əldə etdiyi məlumata əsasən, əməliyyat illər boyu aparılan kəşfiyyat işi və İran daxilində qurulmuş agent şəbəkələri vasitəsilə həyata keçirilib.

Hesabatda bildirilir ki, əvvəlcə geniş siyahı hazırlanıb, daha sonra isə nüvə silahlarının hazırlanması prosesində mühüm rol oynadığı ehtimal edilən təxminən 12 nəfər üzərində fokuslanılıb.

Hər bir hədəf üzrə iş fəaliyyəti, gündəlik hərəkət marşrutları, yaşayış ünvanları və təhlükəsizlik vəziyyəti də daxil olmaqla, ətraflı məlumatlar toplanıb.

Hücumlar əsasən gecə saatlarında, alimlərin evdə olduğu vaxtlarda həyata keçirilib. İranda yerləşdirilmiş İsrail döyüş təyyarələri, pilotsuz uçuş aparatları və sahədə fəaliyyət göstərən agentlər yaşayış məntəqələrinə birbaşa dəqiq zərbə endirən sursatlardan istifadə ediblər.

Tehranda həyata keçirilən bəzi hücumlar təxminən 500 funtluq bombaların partlayış gücünə bərabər təsirlə nəticələnib.

Məlumata görə, əməliyyat yalnız yaşayış yerlərini deyil, eyni zamanda potensial köçürülmələri də hədəfə alıb. İlk hücumdan sağ çıxan alimlər sonrakı günlərdə müxtəlif şəhərlərdə yenidən hədəfə alınıblar. Hətta oğlunun ölümündən sonra keçirilən dəfn və başsağlığı mərasimində iştirak edən bir alimin olduğu ünvana ikinci hücumun həyata keçirildiyi bildirilir.

İsrail rəsmiləri hücumların “dəqiq zərbələr” olduğunu və mülki itkilərin minimuma endirilməsini hədəflədiyini iddia etsələr də, müstəqil araşdırmalar bəzi hallarda mülki şəxslərin də həyatını itirdiyini göstərir.

Qeyd olunur ki, İsrail ordusu və kəşfiyyat orqanları tərəfindən həyata keçirilən və “Narniya əməliyyatı” kod adını daşıyan hücumlar zamanı aparıcı İran fizikləri və mühəndisləri də daxil olmaqla, azı 11 nəfər öldürülüb.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
reyting.az

1Mənbələr