AZ

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.

XQ xəbər verir ki, iclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvləri - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, “Report” İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev iştirak ediblər.

İclasda Fondun 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətin nəticələrinə dair hesabat dinlənilib, həmçinin 2026-cı il üzrə illik fəaliyyət planının layihəsi ətraflı müzakirə olunub. Müzakirələr zamanı Fondun milli-mənəvi dəyərlərin təbliği, ictimai maarifləndirmə və dini sahədə sağlam mühitin qorunması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Müzakirələrin yekununda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2025-ci il üzrə fəaliyyəti Himayəçilik Şurası tərəfindən qənaətbəxş hesab edilib. Eyni zamanda, Fondun 2026-cı il üzrə illik fəaliyyət planının layihəsinin icraçı direktor tərəfindən təsdiq edilməsi məqsədəuyğun hesab edilərək tövsiyə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
81
1
xalqqazeti.az

2Mənbələr