Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Albaniya parlamentində Baş nazirin müavini və İnfrastruktur və Enerji naziri Belinda Ballukunun vəzifəyə bərpası gərginliyə səbəb olub.
Belə ki, Albaniya parlamentinin müxtəlif gündəm maddələrinin müzakirəsi üçün çağırılan iclasında müxalifət Demokrat Partiyasının (PD) millət vəkilləri 19 noyabrda korrupsiya ittihamları ilə vəzifədən azad edilən Baş nazirin müavini Ballukunun Konstitusiya Məhkəməsinin vəzifəyə bərpa etməsinə qarşı çıxıblar.
Müxalifət millət vəkilləri buna etiraz olaraq parlament kürsüsünü bağlayıb, iclasa mane olmağa çalışdılar.
Bundan əlavə, bəzi millət vəkilləri məşəl yandırıb parlament sədri Niko Peleşiyə su atıblar.
Gərginlik səbəbindən iclası dayandırılıb.
"AzPolitika.info"



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.