AZ

Üç dost kişinin başını KƏSDİ

Ajans.az xəbər verir ki,hadisə The Times of India qəzetinin 17 dekabr tarixli xəbərinə əsasən baş verib. Kotrugada kənd sakini Karinath Lugunun eybəcər hala salınmış cəsədi 16 dekabrda tapılıb. Hadisədə şübhəli bilinən üç nəfər tez bir zamanda saxlanılıb: 21 yaşlı Gomiah Khonhaga, 25 yaşlı Sripriyan Lugun və Polus Manki. Polis hücumda istifadə edildiyi güman olunan iki pala müsadirə edib. Müstəntiqlərin məlumatına görə, Lugun kənd yarmarkasından evə qayıdarkən üç gənc tərəfindən tutulub. Onlar ona hücum edərək öldürüb və başını kəsiblər. Daha sonra cəsəd torbaya qoyularaq meşəlik əraziyə atılıb və polis tərəfindən tapılıb. İlkin araşdırmalara görə, qətlin motivi dostlardan birinə qarşı edilən təhqir olub.

 

Seçilən
104
Ajans.az

1Mənbələr