AZ

Paytaxtın bu küçələrində mikromobillik zolağı təşkil edilir (FOTO)

Bakı.Trend:

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturununinkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsədşəbəkəni genişləndirmək, zolaqların davamlılığına nail olmaq vəmikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarınıntəhlükəsizliyini, rahatlığını təmin etməkdir.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, hazırda paytaxtın Şıxəli Qurbanov küçəsindəmikromobillik zolağı təşkil edilir. Görülən işlər çərçivəsindəmüvafiq nişanlanma işləri həyata keçirilir, yol nişanlarıquraşdırılır. Növbəti mərhələdə isə Cəfər Cabbarlı küçəsində bu tipzolaqlar təşkil ediləcək.

Mikromobillik zolaqlarının davamlılığının təmin edilməsi vəşəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarlaəlaqələndirilməsi nəzərdə tutulur.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artanmarağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mobillik,nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fizikifəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətininəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNAtərəfindən mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillikvasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinəçevirməkdir

Paytaxtın
Paytaxtın
Paytaxtın
Məqalədə:
Seçilən
78
1
az.trend.az

2Mənbələr