Rusiya və Ukrayna Qara dənizdə təhlükəsizlik vəziyyətini pisləşdirə biləcək addımlar atmamalıdır.
"Yeni Sabah" AP-yə istinadla xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
"Hər iki tərəf Qara dənizdə təhlükəsizliyə mənfi təsir göstərə biləcək insidentlər zamanı ehtiyatlı davranmalıdır", - bəyanatda deyilir.
Nazirlik dekabrın 15-i axşam saatlarında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcılarının Qara dənizdən Türkiyə hava məkanına yaxınlaşan PUA-nın vurulmasını xatırladıb. Türkiyə hərbçiləri təhlükəsizlik məqsədilə onu məhv ediblər.
MN PUA-nın kimə məxsus olduğunu açıqlamayıb. Məhv edilən PUA-nın qalıqları geniş əraziyə səpələnib. Kiçik parçalara ayrıldığından onun mənşəyini müəyyən etmək hələlik çətindir. Qalıqların axtarışı və texniki ekspertizası davam edir.
Dekabrın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara həm Rusiya, həm də Ukraynanı Qara dənizdə gəmiçilik üçün təhlükə yarada biləcək hərəkətlərə qarşı xəbərdar edir.
İlhamə Qasımlı
Telegram kanalımız