AZ

Rusiya ilk dəfə “İskander 1000” atdı Raketin yeni versiyası döyüşdə tətbiq edildi

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya ordusu ilk dəfə “İskander M” operativ taktiki raket kompleksini təxminən 800 kilometr məsafəyə buraxıb.Bakupost.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Boçkala məlumat yayıb.Onun sözlərinə görə, bu fakt qeyri rəsmi olaraq “İskander 1000” adlandırılan yeni versiyanın artıq poliqon sınaqları mərhələsini keçərək real döyüş tətbiqinə daxil olduğunu göstərir. Bildirilir ki, Rusiya bununla da operativ-taktiki raket kompleksini strateji zərbə vasitəsinə çevirir.Jurnalist qeyd edir ki, uçuş məsafəsinin 1000 kilometrə yaxınlaşması raketdə bərk yanacağın həcminin artırılması və daha dağıdıcı döyüş başlığı ilə mümkün olub. Yeni versiyanın sürəti “Kinjal” hipersəs raketinə yaxınlaşır.Məlumata görə, raket uçuşun bütün trayektoriyası boyunca manevr edə bilir və 90 dərəcəyə qədər piketmə bucağına malikdir. Bu isə hava hücumundan müdafiə (HHM) və raketdən müdafiə sistemləri (RMS) üçün raketi zərərsizləşdirmə imkanını və vaxtının kəskin azaldır.Beləliklə, HHM/RMS-in əvvəllər 15–20 dəqiqə olan zərərsizləşdirmə imkanı buraxılış nöqtəsindən asılı olaraq 2–7 dəqiqəyə enir.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
www.bakupost.az

1Mənbələr