BAKI, 18 dekabr. TELEQRAF
"Media savadlılığı XXI əsrdə çox vacibdir, çünki sosial media manipulyasiya üçün rahat məkandır".
Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş və Kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, gənc nəslin media savadlılığının artırılması istiqamətində işlərin görülməsi çox vacibdir.
"Azərbaycan bunun üçün çalışır. Azərbaycan beynəlxalq platformalarda iştirak edir. Hazırda bu forumda iştirak etməsi də bunun göstəricisidir", - o əlavə edib.