Böyük Britaniyada mərkəzi bank funksiyasını yerinə yetirən İngiltərə Bankı əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3,75%-ə endirib. Bu barədə tənzimləyicinin açıqlamasında bildirilir.
“Maliyyə-siyasəti üzrə komitə 17 dekabr 2025-ci ildə başa çatan iclasda səs çoxluğu ilə (5 səsə qarşı 4 səs) uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 3,75%-ə endirilməsi barədə qərar qəbul edib”, — deyə açıqlamada qeyd olunur. Beləliklə, İngiltərə Bankının əsas faiz dərəcəsi ilk dəfə olaraq 2023-cü ilin yanvarından bəri 4%-dən aşağı düşüb.
Faiz dərəcəsinin endirilməsi inflyasiyanın yavaşlaması fonunda baş verib — hazırda bu göstərici 3,2% səviyyəsindədir. İngiltərə Bankının qərarına təsir göstərən digər amillər sırasında Böyük Britaniya iqtisadiyyatının 0,1% kiçilməsi və oktyabr ayının yekunlarına görə işsizlik səviyyəsinin 5,1%-ə yüksəlməsi də yer alıb.