AZ

“Oskar” mükafatlandırma mərasimi YouTube-da YAYIMLANACAQ

Ajans.az xəbər verir ki, 2029-cu ildən başlayaraq “Oskar” mükafatlarının təqdimetmə mərasiminin qlobal yayım hüquqları eksklüziv olaraq YouTube-a məxsus olacaq. Akademiyanın mətbuat relizində bildirilib ki, saziş mərasimin canlı yayımını, eləcə də onunla bağlı xüsusi təqdimatları, reportajları və eksklüziv materialları əhatə edəcək. ABŞ-da tamaşaçılar mərasimi həm YouTube TV üzərindən tamformatlı yayımda, həm də platformada pulsuz şəkildə izləyə biləcəklər.

Qeyd olunur ki, bu əməkdaşlıq “Oskar” proqramını daha geniş qlobal auditoriya üçün əlçatan etməyi və rəqəmsal platformalar vasitəsilə tamaşaçı əhatəsini artırmağı hədəfləyir.

Seçilən
88
Ajans.az

1Mənbələr