AZ

A Seriyası nəhəngləri İkardini istəyir

“Qalatasaray”da çıxış edən argentinalı hücumçusu Mauro İkardinin karyerasını yenidən İtaliya çempionatında davam etdirmək variantları yaranıb.

Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə A Seriyasından üç klub maraqlanır.

Söhbət “Roma”, “Milan” və “Komo”dan gedir. İkardinin agentləri artıq adıçəkilən klublarla ilkin danışıqlara başlayıblar. Onun “Qalatasaray”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq.

O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 21 oyuna çıxaraq, 8 qol vurub. İkardi əvvəllər İtaliyada “İnter”in formasını geyinib.

Seçilən
89
msport.az

1Mənbələr