Tayland və Kamboca qoşunları mübahisəli sərhəd ərazilərində artilleriya və raketlərdən istifadə etməklə qarşılıqlı hücumları davam etdirir.
QHT.az xəbər verir ki, Tayland ordusu 800 km-dən çox sərhəd boyunca əsas məntəqələrin bir hissəsinə nəzarət etdiyini, Surin və Trat əyalətlərində ağır döyüşlərin getdiyini bildirib. Tərəflər bir-birini mülki obyektləri, o cümlədən yaşayış məntəqələri və Poipetdəki kazinonu atəşə tutmaqda ittiham edir. Döyüşlər nəticəsində 800 mindən çox insan evlərini tərk edib, azı 38 nəfərin öldüyü bildirilir. Münaqişə müstəmləkə dövründən qalan sərhəd mübahisələri fonunda yenidən alovlanıb və ABŞ prezidenti Donald Tramp vəziyyətin həlli üçün səylər göstərəcəyini açıqlayıb.