Müğənni Xatirə İslam Rusiyada daha yüksək qonorar alacağı üçün Xankəndidəki konsertdə oxumaqdan imtina etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, müğənni sosial media hesabında mövzu ilə bağlı açıqlama yayıb. O bildirib ki, Yeni il günü Bakıda olacaq:
“Mən çox zaman haqqımda yayılan xəbərlərə münasibət bildirmirəm. Bu pis və ya yaxşı xəbər ola bilər. Xəbərin başlığından. Qoyulan başlıqdan bilirəm ki, bu xəbər hansı niyyətlə yazılıb. Mən onları Allaha həvalə edirəm. Bu gün də qarşıma bəzi xəbərlər çıxdı. Demək istəyirəm ki, bunlar gerçək deyil. Mən yeni il günü Bakıda olacağam”.
Qeyd edək ki, Gununsesi.info-nun iddialarına görə, əslən Xankədidən olan məşhur müğənni Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə adıçəkilən şəhərdə təşkil olunacaq bayram konsertində oxumaqdan imtina edib.
Müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında buna razılaşsa da, sonradan qərarını dəyişib. Xatirə İslam Rusiya paytaxtında təşkil olunacaq Yeni İl şənliyində daha yüksək qonorar təklifini qəbul etdiyi üçün Xankəndi şəhərində oxumaqdan imtina edib.