525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Azərbaycan-Qətər əməkdaşlığını gücləndirmək üçün əhəmiyyətli imkanlar mövcuddur”.
525.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
Nazir bildirib ki, xüsusilə, nəqliyyat və logistika sahəsində birgə səylərin artırılması, Azərbaycanın tranzit potensialından istifadə edilməsi və maliyyə, təhsil, mədəniyyət və turizm sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsi ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcək və strateji tərəfdaşlığımıza yeni təkan verəcək.
Onun sözlərinə görə, Azərbaycan ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya iqtisadi əməkdaşlığın inkişafı üçün əsas institusional mexanizm rolunu oynayır. Komissiyanın bu ilin noyabr ayında leçirilən dördüncü iclası ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsində mühüm bir mərhələ oldu.
“Ölkələrimiz arasında mövcud hüquq bazası vətəndaşlarımızın qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün möhkəm təməl yaradır. Yüksək səviyyəli razılaşmalar vasitəsilə yaradılan vizasız səyahət rejimi, eləcə də Bakı ilə Doha arasında müntəzəm birbaşa uçuşlar turizmin, eləcə də biznes və humanitar əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə kömək edib”, - nazir əlavə edib.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.