AQTA və DİN Lənkəran rayonunun Şovu kəndində fiziki şəxs Nəriman Əliyevə məxsus ət satışı məntəqəsində məhsulun baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlayıb.
"Yeni Sabah" xəbər verir ki, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Telegram kanalımız