AZ

TDT çərçivəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır - Əhməd İsmayılov

Ankara. Trend:

Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlətlər, cəmiyyətlər vəekspert icmaları səviyyəsində əməkdaşlıq dezinformasiyaya qarşıkollektiv mübarizə üçün möhkəm zəmin yaradır.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Azərbaycanın Medianın İnkişafıAgentliyinin icraçı direktoru Əhməd İsmayılov Ankarada TürkDövlətlərin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı bildirib.

“Bu gün biz getdikcə daha aydın anlayırıq ki, sosial şəbəkələrinsadəcə müşahidə edilməsi artıq kifayət qədər təsirli alət deyil.Daha dərin təhlilə və informasiyanın daha dəqiq identifikasiyasınaehtiyac yaranıb. Əgər əvvəllər informasiya qarşıdurması əsasənsiyasi platformalarla məhdudlaşırdısa, bu gün vəziyyət köklüşəkildə dəyişib. Bir vaxtlar lokal və epizodik səciyyə daşıyanproses sistemli və çoxsəviyyəli hadisəyə çevrilib. Müasirtexnologiyalar, rəqəmsal platformaların, media mühitinin və təsiralətlərinin inkişafı manipulyativ məzmunun yayılmasını demək olarki, fasiləsiz prosesə çevirib. Bu şəraitdə ayrı-ayrı dövlətlər,bəzən bunu dərk etmədən belə, birbaşa dezinformasiyaəməliyyatlarının hədəfinə çevrilirlər. Türk dövlətləri də bukontekstdə yeni nəsil informasiya və rəqəmsal təhdidlərlə üzləşərəkartan risk zonasındadırlar”, – deyə o bildirib.

Ə. İsmayılov qeyd edib ki, feyk məlumatların formalarımürəkkəbləşdikcə və daha təkmilləşdikcə, dezinformasiyakampaniyalarının miqyası da genişlənir.

“Saxtalaşdırmalardan nə qədər fəal istifadə olunursa, onlarınhədəf dairəsi də bir o qədər genişlənir. Buna qarşı yalnızcəmiyyətin maarifləndirilməsi, xalqlarımızın intellektualçaşqınlıqdan qorunması və onlara zorla sırınan cəhalətdən azadedilməsi yolu ilə mübarizə aparmaq mümkündür. Bu isə həmcəmiyyətimizin yetkinliyinin, həm də dövlət institutlarınınsəmərəliliyinin göstəricisidir.

İnformasiya hücumlarının getdikcə daha çox neytral və yahumanitar narrativlər adı altında altında maskalanması Azərbaycandadezinformasiya problemini daha da dərinləşdirir. Xüsusilə ölkəgenişmiqyaslı hədəflər və strateji layihələr həyata keçirdiyidövrlərdə reallığın təhrifinə yönəlmiş müxtəlif kampaniyalarınfəallaşmasını müşahidə edirik. Bu kampaniyalar qeyri-müəyyənlik,etimadsızlıq və gizli təzyiq mühitinin yaradılmasına əsaslanır, çoxvaxt cəmiyyətə “alternativ baxışlar” adı altında saxta hekayələrinsırınması cəhdləri ilə müşayiət olunur”, – deyə o əlavə edib.

Ə. İsmayılovun sözlərinə görə, Azərbaycan hökumətininnümayəndələri qlobal dezinformasiya mühitinin (feyk xəbərlər,dipfeyklər, alqoritmik manipulyasiyalar və süni intellektimkanlarından sui-istifadə ) getdikcə daha fəal şəkildə təzyiq vəmüdaxilə aləti kimi istifadə olunacağını əvvəllər dəfələrləxəbərdar edib.

“Bu cür fəaliyyətlər təkcə milli səviyyədə cavab tədbirlərinideyil, həm də razılaşdırılmış, kollektiv müdafiə mexanizmlərinitələb edir. Belə müdafiənin əsasında cəmiyyətin şüurluluğu vədövlətlər arasında yüksək etimad səviyyəsi dayanır. Təhsil vəanalitik platformaların yaradılması, media savadlılığının inkişafı,informasiyanın tənqidi qavranılması üzrə dayanıqlı bacarıqlarınformalaşdırılması milli təhlükəsizliyin tərkib hissələri kimidəyərləndirilməlidir. Bu, birbaşa KİV-in, vətəndaş cəmiyyətinin vədövlətlərarası əməkdaşlığın fəaliyyəti ilə bağlıdır. Biz həmçininmüşahidə edirik ki, xarici tendensiyalar getdikcə daha çox mediaməkanı vasitəsilə ictimai rəyə təsir göstərməyə çalışır. Hər birdövlət üçün müstəqil, obyektiv və peşəkar şəkildə idarə olunaninformasiya ekosisteminin mövcudluğu prinsipial əhəmiyyət daşıyır.Bu, ümumi gələcəyimiz üçün olduqca mühüm məsələdir”, – deyə ovurğulayıb.

Ə. İsmayılov bildirib ki, jurnalistlərin, ekspertlərin vəanalitiklərin yeni nəsli dəyərlərin təhrifindən və peşəkardeqradasiyadan qorunmalıdır.

“Kadr hazırlığı proqramları, ixtisaslaşma, peşəkar ekspertiza vəetik standartlar gələcək media mühitinin təməlidir. Biz əminik ki,dezinformasiyaya qarşı mübarizə parçalanmış şəkildə deyil, daimidialoq, birgə tədqiqatlar və təcrübə mübadiləsi əsasındaaparılmalıdır. Yalnız açıq əməkdaşlıq, təhdidlərin vaxtında təhlilivə birgə cavab tədbirlərinin hazırlanması yolu ilə dayanıqlınəticəyə nail olmaq mümkündür. Bu baxımdan Türkiyənin atdığıaddımlar, eləcə də Türkiyə və Azərbaycanın informasiyatəhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş birgə təşəbbüsləriprinsipial əhəmiyyət kəsb edir. Aparılmış məsləhətləşmələr,ixtisaslaşmış mütəxəssislərin iştirakı, texnoloji həllərin tətbiqivə operativ reaksiya mexanizmlərinin inkişafı bu yolda mühümmərhələlər olub”, – deyə o bildirib.

Ə. İsmayılov vurğulayıb ki, bütün bu tədbirlər cəmiyyətdəməsuliyyətli davranışın formalaşmasına, manipulyasiyalarınyayılmasının qarşısının alınmasına və həm milli, həm də beynəlxalqinformasiya məkanında etik normaların möhkəmləndirilməsinə xidmətedir.

“Son olaraq, Türkiyə və Azərbaycan arasında qarşılıqlıfəaliyyət, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsindədövlətlər, cəmiyyətlər və ekspert icmaları səviyyəsində əməkdaşlıqdezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəminyaradır. Bu istiqamət birgə platformaların və koordinasiyamexanizmlərinin gündəliyində əsas prioritetlərdən birinəçevrilməlidir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Ankarada keçirilən tədbirdə dövlət orqanlarının,aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahəüzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafıAgentliyinin icraçı direktoru Əhməd İsmayılov, PrezidentAdministrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş vəKommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiriCavid Musayev, həmin şöbənin Kütləvi İnformasiya vasitələri iləəlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV iləəlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Mediaİnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, TrendBİA-nın direktor müavini və "Baku Network" Analitik Mərkəzininrəhbəri Elçin Alıoğlu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzininidarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APA İnformasiyaAgentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentininrəhbəri Faiq Məmmədov təmsil edirlər.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə,ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasirinformasiya mühitində birgə fəaliyyətin praktik mexanizmlərimüzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatınıninformasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum mediasavadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşımübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə,beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik vətəcrübə mübadiləsi platformasına çevriləcək.

Məqalədə:
Seçilən
123
3
az.trend.az

4Mənbələr