Austal Defense Shipbuilding Australia gəmiqayırma şirkəti Avstraliya Kral Donanması üçün 18 orta sinifli LCM desant gəmisinin layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalayıb.
Herbiand.az bildirir ki, sövdələşmə 1,029 milyard dollar dəyərindədir.
İlk LCM gəmisinin tikintisi 2026-cı ildə başlayacaq, sonuncu 18-ci isə 2032-ci ildə təhvil verilməsi gözlənilir.
LCM-lər poladdan hazırlanacaq və 80 tona qədər yük daşıya biləcək.
Bəxtiyar CƏFƏRLİ