AZ

Şahin Şıxlinskinin məhkəməsibaşladı

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, oğlu Mutvalı Şıxlinski, Səfərov qardaşları və Şücaəddin Rəcəbovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Redaktor.az e1.ru-ya istinadən xəbər verir ki, onlar rollarından asılı olaraq, qətl, qətlə cəhd, qətldə iştirak, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq kimi bir sıra ağır maddələr üzrə ittiham olunurlar. 

İlkin dinləmə qapalı keçirildiyindən onların qohumları məhkəməyə buraxılmayıb. Vəkillər Şıxlinski və digərləri üçün andlılar məhkəməsinin keçirilməsini istəyiblər. 

Məhkəmənin növbəti iclası 2026-cı ilin yanvar ayına təyin olunub. 

Qeyd edək ki, ittiham olunan şəxslər təqsirli olmadıqlarını bəyan edirlər. 

Seçilən
50
4
redaktor.az

5Mənbələr