Bakı. Trend:
17 dekabr 2025-ci il tarixində Azərbaycandakı Amerika TicarətPalatasının (AmCham Azerbaijan) təşkilatçılığı və "Yelo Bank"ındəstəyi ilə “Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya vəİnklüzivlik” adlı tədbir keçirilib.
Forumun məqsədi maliyyə sektorunda innovasiyaların,texnologiyanın və inklüzivliyin rolunu müzakirə etmək, yenitendensiyalar və gələcək imkanlar barədə fikir mübadiləsi aparmaqidi. Tədbir maliyyə sahəsinin liderlərini və beynəlxalq ekspertləribir araya gətirərək, sürətlə dəyişən maliyyə ekosistemindəperspektivləri işıqlandırdı.
Forumda tanınmış spikerlər çıxış etdilər:
- İnna Ojogina, "Amazon Web Services"in Mərkəzi Asiya, Qafqaz vəMonqolustan üzrə ölkə meneceri;
- Lakş Qanqvani, ViewTrade Holding Corporation-un Qlobal İnkişafvə Müştəri Əlaqələri üzrə İdarəedici Direktoru;
- Edqar Abdullayev, United Payment Azerbaijan-ın Baş icraçıdirektoru və AzFINA İdarə Heyətinin sədri.
Onlar süni intellektin maliyyə xidmətlərinə təsiri, yenitendensiyalar və rəqəmsal platformaların rolu barədə öz baxışlarınıpaylaşdılar.
Forumun ikinci hissəsində "Unicapital" İnvestisiya ŞirkətininBaş direktoru Vüqar Namazovun moderatorluğu altında panelmüzakirəsi keçirildi. Müzakirədə maliyyə texnologiyalarınınpraktiki tətbiqləri və inklüziv maliyyə imkanları geniş şəkildəişıqlandırıldı. Panelin sonunda iştirakçılar spikerlərə suallarünvanlayaraq açıq dialoqda iştirak etdilər.
"Yelo Bank" üçün bu forum maliyyə sektorunda innovativyanaşmaları dəstəkləmək və inklüzivliyi təşviq etmək baxımındanönəmli addımdır. Bank müştərilərinə hər zaman daha rahat, müasir vəəlçatan maliyyə həlləri təqdim etməyə davam edəcək.
Təcili kredit əldə etməkistəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!