AZ

Darçınlı suyu kimlər içməməlidir?

Darçının su ilə birlikdə istifadəsi düzgün miqdarda olduqda orqanizmə bir sıra müsbət təsirlər göstərə bilər.


Pravda.az xatırladır ki, darçınlı su qan şəkərinin tənzimlənməsinə kömək edir. Darçın insulin həssaslığını artıraraq şəkər səviyyəsinin daha stabil qalmasına dəstək olur. Bu xüsusiyyət xüsusilə pəhriz saxlayanlar üçün önəmli hesab edilir.


Darçınlı su eyni zamanda həzm sisteminin fəaliyyətini yaxşılaşdıra, şişkinlik və qaz problemlərini azalda bilər. Maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlama prosesinə də müsbət təsir göstərdiyi bildirilir.


Araşdırmalara əsasən, darçının antioksidant və iltihabəleyhinə təsiri də mövcuddur. Bu xüsusiyyət immun sisteminin güclənməsinə və orqanizmin müdafiə mexanizminin dəstəklənməsinə kömək edir. Darçınlı su həmçinin xolesterin və trigliserid səviyyəsinin azalmasına müsbət təsir göstərə bilər.


Darçınlı su ödem atdırırmı?


Mütəxəssislər qeyd edir ki, darçınlı su bədəndə maye balansının tənzimlənməsinə kömək edərək ödem və şişkinliyin azalmasına dəstək ola bilər. Lakin ciddi sağlamlıq problemləri nəticəsində yaranan ödem zamanı təkcə darçınlı su kifayət etmir və həkim nəzarəti vacibdir.


Qeyd olunur ki, darçınlı su gündə 1–2 stəkan miqdarında qəbul edilməli, həddindən artıq istifadədən çəkinilməlidir. Xüsusilə xroniki xəstəliyi olan şəxslərə və hamilələrə bu içkini mütəmadi istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 18 Dekabr 2025, 15:30   
Seçilən
101
pravda.az

1Mənbələr