AZ

Slovakiya Baş nazirinin təyyarəsi ciddi zədələnib

Ajans.az xəbər verir ki,bu barədə hökumət başçısı sosial şəbəkə hesabında məlumat verib. Robert Fikonun sözlərinə görə, təyyarə hava limanında hərəkət edən pilləkənli nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hava gəmisi texniki baxımdan təhlükəli vəziyyətə düşüb və uçuş üçün yararsız hesab edilib. “Brüsseldə keçirilən mürəkkəb sammit bizim üçün çətin başladı. Pilləkənli nəqliyyat vasitəsi təyyarəmizə o qədər ciddi zərər vurdu ki, artıq uçuşa yararsız hala gəlib və onu burada saxlamaq məcburiyyətindəyik”, – deyə Fiko bildirib.

Seçilən
141
Ajans.az

1Mənbələr