AZ

Xətai prospektində mikromobillik zolaqları təşkil ediləcək

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xətai prospektindəhərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasınabaşlayır. Layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması,yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativnəqliyyat növlərinin təşviqini hədəfləyir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildəistifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidənbölgüsü aparıldı. Eyni zamanda, Mirəli Qaşqay küçəsi ilə kəsişmədənKoroğlu Rəhimov küçəsinədək olan hissədə ümumilikdə 1,9 kmuzunluğunda mikromobillik zolaqları təşkil ediləcək. Mikromobillikvasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkətşəraitinin yaradılması məqsədilə səki ilə yolun hərəkət hissəsiarasında parklanma yerləri yaradılacaq.

Qeyd edək ki, Nurəddin Süleymanov küçəsi ilə kəsişmədənDəmirçizadə küçəsinədək olan yol sahəsində 316 parklanma yeritəşkil olunur.

Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqlaeynisəviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununlayanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaqməqsədilə dayanacaq məntəqələrinin yerləşməsioptimallaşdırılacaq.

Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarmaqabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanmaxətlərinin çəkilməsi təmin ediləcək.

Layihə şəhər mühitində balanslı nəqliyyat sistemininformalaşdırılmasına, hərəkətin təhlükəsiz və rahat təşkili iləyanaşı, vətəndaşların gündəlik hərəkət imkanlarınıngenişləndirilməsinə xidmət edir.

Seçilən
75
15
az.trend.az

10Mənbələr