
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsulları ilə yüklənmiş qatarın artıq yola düşdüyü və Ermənistana çatdığı barədə məlumatı təsdiqləyib.
Missiya.Az xəbər verir ki, o bu barədə jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
“Azərbaycan neft məhsulları ilə dolu qatar artıq hərəkət edib və Ermənistana gəlir. Və mən bu inkişafı alqışlayıram. Özəl şirkətlər arasında ticarət aparılır. Amma təbii ki, bu ticarət üçün siyasi şərait yaradan Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhdür", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, siyasi səviyyədə də razılaşmalar əldə edilib, hər iki ölkənin işgüzar dairələri imkanlar barədə məlumatlandırılacaq və müvafiq maraq olarsa, onlar artıq müqavilələr imzalayacaqlar.
Paşinyan bildirib ki, Azərbaycandan neft məhsulları ilə yüklənmiş qatarlar Ermənistana gəlir.
Daşqın HəsənovMissiya.Az