ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Gəncənin Sidqi Ruhulla küçəsində zibillərin toplanaraq yandırılması zamanı yol kənarındakı ağaclar ziyan görüb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Görüntülərdə ağacların dibində yığılan quru yarpaqların və məişət tullantılarının yandırıldığı, alovun isə ağac gövdələrinə qədər çatdığı görünür.
Nəticədə ağac qabığının bir hissəsinin qaraldığı və yanıq izlərinin qaldığı müşahidə edilir.
Ağacların zərər görməsi onların quruma riskini artırdığı üçün bu cür yandırma halları ekoloji nəticələrə səbəb ola bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.