Bakı. Trend:
17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasındaiştirak etmək üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin BaşQərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərliketdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dekabrın 18-də müdafiə nazirinin birinci müavini – AzərbaycanOrdusunun Baş Qərargah rəisi general-polkovnik Kərim VəliyevTürkiyə nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik K.Vəliyev Azərbaycan və Türkiyə arasındastrateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib.Hərbi qulluqçuların bilik və bacarıqlarının daha datəkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərinintensivliyinin artırılmasının zəruriliyini bildirib.
Ordu generalı L.Ergün Bakıda iki gündür davam edən 17-ciAzərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında icraolunan fəaliyyətlərin yeni imkanların formalaşmasında müsbəttəsirindən danışıb, hərbi əlaqələrimizin daha dagenişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyinivurğulayıb.
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının cari vəziyyətitəhlil edilib, maraq doğuran məsələlər və perspektiv planlara dairgeniş müzakirələr aparılıb.