Hindistanlılar kütləvi şəkildə Rusiyaya axışır, 10 min nəfər artıq Moskvadadır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Baş nazirin müavini iqtisadiyyat üçün 5 milyona qədər işçinin lazım ola biləcəyini istisna etməyib.
Məlumata görə, Moskvaya artıq 10 minə yaxın Hindistan vətəndaşı gəlib. Onlar hazırda işləmək və yaşamaq üçün sənədləşdirmə işləri aparırlar. Hakimiyyət orqanları və ekspertlər bunu gizlətmirlər: bu, sadəcə birinci dalğadır.
Daha əvvəl Rusiya baş nazirinin müavini Denis Manturov bildirmişdi ki, ölkə iqtisadiyyatını dəstəkləmək üçün Hindistandan 5 milyona qədər işçi lazım ola bilər. Bunun əsas səbəbi ölkə daxilində kəskin işçi qüvvəsi çatışmazlığıdır.
Bu rəqəmlər fonunda cəmiyyətdə suallar artmaqdadır: niyə kadr problemi əmək şəraiti və maaşların yaxşılaşdırılması ilə deyil, insanların xaricdən gətirilməsi ilə həll olunur?
Yerli sakinlər hesab edirlər ki, əgər yaxşı maaş verilsəydi, öz vətəndaşları da taksi sürücüsü və ya tikintidə işləməyə maraq göstərərdilər.
Xuraman Etibarlı
İnterpress.az