AZ

Platinin qiyməti 17 ilin ən yüksək səviyyəsinə çatdı

Platinin qiyməti yüksələrək çoxillik maksimuma çatıb.

7News.Az "Trading Economics"ə istinadən xəbər verir ki, qiymətli metalın füçersləri iki faiz artaraq, bir trua unsiyası üçün 1978 dollar olub.

Məlumata görə, bu, 2008-ci ildən bəri rekord səviyyədir. İlin əvvəlindən bəri platinin qiyməti 2.2 dəfə artıb.

Palladiumun qiyməti isə 3.3 faiz artaraq bir unsiyası 1 777 dollara satılıb ki, bu da son üç ilin ən yüksək göstəricisidir.

Xəbərdə bildirilir ki, ABŞ-də pul siyasətinin yumşaldılması gözləntiləri və qiymətli metal çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda platin və palladium bahalaşıb.

"Comex" birjasında qızıl füçerslərinin dəyəri 0.3% azalaraq bir unsiyası 4 359 dollara düşüb. Gümüşün qiyməti də 0.7% azalaraq, unsiyası 66.5 dollar olub.
Seçilən
108
7news.az

1Mənbələr