Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyətgöstərən “Su ehtiyatları və meliorasiya sahəsi”ninStandartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48)konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartıhazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu(AZSTAND) tərəfindən təsdiq edilib.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumatyayıb.
Qəbul edilən dövlət standartları aşağıdakılardır:
* AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkraristifadəsi üzrə tələblər”;
* AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatıobyektlərinə axıdılması üzrə tələblər”;
* AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri vəfərdi xidmət sahələrinin istehlakçıları tərəfindənmərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantısularında zərərli və çirkləndirici maddələrin miqdarına vətərkibinə nəzarət”.
Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsizvə səmərəli idarə olunmasına, tullantı sularının təkraristifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantısularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təminedilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxilolan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinəxidmət edəcək.
Qeyd edək ki, təsdiq edilmiş dövlət standartları AzərbaycanRespublikasının Standartlaşdırma İnstitutu tərəfindənStandartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxiledilib.