Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində dünyaşöhrətli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120illik yubileyi münasibətilə “Akademik Yusif Məmmədəliyevauditoriyası” açılıb.
Trend xəbər verir ki, otağınaçılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildiribki, akademik Yusif Məmmədəliyev Azərbaycan elminin qızıl fondununmöhtəşəm sütunlarından biridir. Görkəmli alim öz həyatı, fəaliyyətiilə adını ölkəmizin və BDU-nun elm və təhsil tarixinə yazıb. Ömrünüelmə həsr etmiş bu dahi alim və böyük müəllimin 120 illik yubileyimünasibətilə xüsusi auditoriyanın açılması BDU üçün xüsusi birqürur və akademik Yusif Məmmədəliyevin irsinə olan ehtiramdır.
Rektor bu auditoriyanın BDU-da kimya elmi və tədrisinininkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Fizika İnstitutunun baş direktoru Arif Həşimov akademik YusifMəmmədəliyevin qiymətli irsinin ölkəmizin elm tarixinin ən önəmlisəhifəsi olduğunu bildirib, BDU-da onun adını daşıyacaq xüsusiauditoriyanın açılışının Azərbaycan elmi və təhsilinin inkişafınatöhfə kimi qiymətləndirib.
Türkiyənin Qars Qafkaz Universitetinin rektoru Hüsnü Kapu isəqeyd edib ki, akademik Yusif Məmmədəliyev təkcə Azərbaycanın deyil,Türk dünyasının, bütünlükdə dünya elminin inkişafında misilsizxidmətlər göstərib. O bildirib ki, görkəmli alimin açdığı yol Türkdünyasının hər bir alimi üçün məşəldir. Bu yolda onun xatirəsinəlayiq olacaq şəkildə çalışmaqla Türk dünyasını ən uca zirvəyəyüksəltmək hər bir elm insanının mənəvi borcudur.
Qeyd edək ki, “Akademik Yusif Məmmədəliyev auditoriyası”ndəgörkəmli alimin büstü, qiymətli irsini əks etdirən şəkillər,əlyazmalar, kimya, xüsusilə də neft kimyasına aid kitablar, elmitədqiqat istiqamətlərini göstərən xüsisi sxemlər yer alır.