AZ

Baş naziri öldürən şəxsə ömürlük cəza tələb olunur

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

2006-2007 və 2012-2020-ci illərdə Yaponiyanın ən uzun müddətə baş naziri olmuş Şinzo Abenin sui-qəsdi ilə bağlı məhkəmə prosesi davam edir.

Reyting.az xəbər verir ki, prokurorlar 2022-ci ildə öldürülən Şinzo Abenin sui-qəsdində şübhəli şəxsə ömürlük həbs cəzası istəyirlər.

Məlumata görə, əvvəlki dinləmələrdə cinayətini etiraf edən Yamaqami Tetsuyanın vəkilləri onun cəzasının azaldılmasına çalışırlar. Buna cavab olaraq prokurorlar cinayətin “qəddar və əvvəlcədən düşünülmüş xarakterinə” işarə edərək, şübhəlinin qətli törətməzdən əvvəl evində 10 ov tüfəngi saxladığını və tez-tez atəş açdığını bildiriblər.

Yamaqamiyə ömürlük həbs cəzası tələb edən prokurorlar deyiblər ki, qətl törədilən vaxt şübhəlinin 40 yaşı olub, bu səbəbdən o, qanundan və sosial normalardan xəbərdar olmalı idi.

Xatırladaq ki, Abe 2022-ci ilin iyul ayında Nara şəhərində partiyası üçün açıq hava tədbirində çıxış edərkən sui-qəsdə məruz qalıb.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
reyting.az

1Mənbələr