Ukrayna lideri Vladimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bu cür niyyətləri yeni deyil, amma onun müharibəni davam etdirmək qabiliyyətinə malik olub-olmadığı sual altındadır.
Vətəninfo.az xəbər verir ki, Zelenski bildirib ki, “bu məsələ (müharibənin dayandırılması) indi tərəfdaşlarımızdan, onların təzyiqindən, ilk növbədə sanksiyalardan və diplomatik təzyiqdən asılıdır”.
Ukrayna prezidentinin sözlərinə görə, “amerikalı həmkarlarımız indi Putinin müharibəni dayandırmağa hazır olduğunu iddia edirlər. Həm ictimaiyyət qarşısında, həm də şəxsi söhbətlərdə.”
“Baxın, biz Amerika təşəbbüslərini dəstəkləyirik. Gələcək razılaşmaların bütün detalları ilə razı deyilik. Bunu bilirsiniz, ərazi məsələləri, dondurulmuş aktivlərin maliyyələşdirilməsi və razılığa gəlinməmiş bəzi digər məsələlərlə bağlı bəzi fikir ayrılıqlarımız var, amma yenə də…”
Düşünmürəm ki, Rusiya iqtisadiyyatı bu müharibəni əvvəlki miqyasda davam etdirə biləcək.
“Əgər sanksiyalar həqiqətən qüvvəyə minərsə və ABŞ dürüst və açıq olarsa, Putin hazırda son dövrlərdə ən böyük olan bu diplomatik dalğanı yavaşlatsa, onda ABŞ onlara daha çox təzyiq göstərəcək. Görək”, – deyə Ukrayna lideri bildirib.