Futbol üzrə Azərbaycan II Liqa klublarından olan “Şəki” çempionatın XIII turu çərçivəsində “Qaradağ Lökbatan”la oyuna çıxmamışdı.
Komandanın matçı boykot etməsinə səbəb futbolçuların uzun müddətdir maaşlarını ala bilməməsi olmuşdu.
Apasport.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisi növbəti turda “Xankəndi” ilə keçiriləcək görüşə çıxacaq.
Bundan əlavə, klub rəhbərliyində dəyişikliklərin baş verməsi gözlənilir. Komandanın hazırda əl dəyişdirmək üzrədir. Rəsmi açıqlamanın yaxın vaxtlarda verilməsi gözlənilir.
Qeyd edək ki, “Şəki” hazırda 25 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
“Sumqayıt”ın qış hazırlıq planı bəlli olub
“Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb
“Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı
"Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb