AZ

Elnur Əliyev: Bu ilin 9 ayında sənaye zonaları üzrə ixrac qeyri-neft-qaz ixracının 30 faizini təşkil edib 

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (əvvəlki illərdə Sahibkarlığın İnkişafı Fondu) tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında sahibkarların 5800-dən artıq investisiya layihələrinə 340 milyon manatdan çox güzəştli kredit verilib.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

Nazir müavini qeyd edib ki, 2020-2025-ci ilin cari dövrünü əhatə edən müddət ərzində bu qurum vasitəsilə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri təxminən 1,8 milyard manat olub.

"Cari ilin 9 ayı da daxil olmaqla sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib. Bu dövrdə sənaye zonaları üzrə ixrac həcmi 17 faiz artıb və qeyri-neft-qaz ixracının təqribən 30 faizini təşkil edib", - deyə Elnur Əliyev qeyd edib.

Seçilən
81
azerbaijan-news.az

1Mənbələr