Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək üçün Brüsselə səfər edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin bildirib.
"Brüsseldə endik", - deyə o, jurnalistlərə bildirib.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban bir müddət əvvəl Avropa Komissiyasının Rusiya aktivlərinin müsadirə edilməsi məsələsini qarşıdan gələn Avropa Birliyi sammitinin gündəliyindən çıxardığını açıqlamışdı.