AZ

Ev telefonlarına ehtiyac varmı? SOSİOLOQ AÇIQLADI

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bir vaxtlar gündəlik həyatımızın ayrılmaz hissəsi olan, onsuz özümüzü təsəvvür edə bilmədiyimiz ev telefonlarından bu gün demək olar ki, çox az istifadə olunur.

Mobil texnologiyalar və internetin sürətli inkişafı insanların ünsiyyət vərdişlərini kökündən dəyişib.

Bəs görəsən, bu gün ev telefonlarına ehtiyac hələ də qalırmı?

Gununsesi.info-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlının fikrincə, ev telefonlarından istifadə vacibdir:

“Mobil texnologiyanın, xüsusən internetin sürətli inkişafı bir çox ənənələri dəyişib. Ev telefonlarından istifadə minimuma enib, insanlar artıq daha çox mobil telefonlarla, messencerlər və internet vasitəsilə, həm səsli, həm də görüntülü danışıq imkanlarından istifadə edirlər ki, bu da daha rahatdır.

Buna baxmayaraq, ev telefonlarından da istifadə vacibdir. Məsələn, evdə oturarkən bir qohuma başqa bir evə zəng etmək lazım gələrsə, ev telefonu rahat və təhlükəsiz vasitədir. Ev telefonları mobil danışıqlara nisbətən daha zərərsizdir. Mobil telefonların şüalanması insan sağlamlığına, xüsusən beyinə müəyyən təsir göstərə bilər. Bundan əlavə, ev telefonları uzun müddət rahat danışıq üçün daha əlverişlidir və keyfiyyət baxımından da üstünlük təşkil edir.

Dövlət idarələri və şirkətlər də əlaqə nömrələri və qaynar xətt üçün ev telefonlarından istifadə edə bilər. Üstəlik, ev telefonlarına internet birləşdirilə bilər ki, bu da onların saxlanması üçün vacibdir. Yəni mümkün olduğu hallarda mobil telefondan istifadə etməyib, sağlamlıq və xərclər baxımından daha optimal variant ev telefonudur”.

Sosioloq hesab edir ki, mobil rabitədə müəyyən problemlər – kəsintilər, hava şəraiti və ya internetin bitməsi kimi hallar baş verə bilər, amma ev telefonlarında belə problemlər olmur:

“Bu, birbaşa etibarlı danışığı təmin edir. Nə qədər müasir texnologiyalar inkişaf etsə də, hər şey öz normasında istifadə olunmalıdır. Evdə oturarkən və digər evə zəng etməli olarkən mobil telefonla uzun müddət danışmaq şüalanmaya səbəb olduğundan zərərlidir.

Xüsusilə yaşlı şəxslər mobil telefondan istifadə edə bilmir. Ev telefonlarının ləğv olunması doğru deyil, çünki bu telefonlar vacibdir. Hər hansı ciddi hadisə baş verərsə, mobil telefonlarda əlaqə kəsilə bilər, amma ev telefonları birbaşa kabellə bağlı olduğuna görə etibarlıdır. Təbiət hadisələrinə baxmayaraq, ev telefonları işləyir. Ona görə də ondan imtina etmək olmaz”.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
icma.az

1Mənbələr