AZ

Şahdağda yeni hotel açılacaq

AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan ikigünlük mediaturda söyləyib. O bildirib ki, hoteldə Azərbaycanda ilk dəfə olaraq ürək simulyatorları quraşdırılıb:

"Bu simulyatorlar sayəsində turistlər təkcə qış mövsümü ərzində yox, bütün il boyu həm məşqlərə, həm də xizək sürmə vərdişlərinin öyrənilməsinə qoşula biləcəklər. Eyni zamanda, bu simulyatorlar gənc idmançıların hazırlığına da böyük töhfə verəcək".

Rüstəm Nəcəfovun sözlərinə görə, mövsüm ərzində Şahdağdakı "Zirvə" hotelinin ərazisində yeni multifunksional bina ərsəyə gətiriləcək. O vurğulayıb ki, mövsümə hazırlıq çərçivəsində yeni işçi personalının cəlb olunması, təlimlərin keçirilməsi və digər hazırlıq işləri yerinə yetirilir:

"Şahdağ" Turizm Mərkəzinin ərazisində yerləşən bütün obyektlərdə (hotellər, iaşə obyektləri, xizək məntəqələri və s.) ümumilikdə1900 nəfərçalışır.Onların 90%-i yerli sakinlərdir" .

AzVision.az
Seçilən
103
5
azvision.az

6Mənbələr