AZ

Müəllimin maaşı saat hesabına deyil, təhsilin keyfiyyətinə uyğun olmalıdır Ekspert

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Təhsil sistemində əsas hədəf yalnız dərs prosesinin təşkili deyil, şagirdin real bilik və bacarıq qazanmasıdır. Bu baxımdan Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikirlər təhsildə məsuliyyət və nəticə anlayışını yenidən gündəmə gətirir”.Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəm deyib.O bildirib ki, nazirin səsləndirdiyi mövqe müəllimin rolunu inkar etmək yox, əksinə, təhsildə nəticəyönümlü yanaşmanın vacibliyini vurğulayır:“Müasir təhsil sistemlərində müəllimin əsas göstəricisi sinfə daxil olmaq deyil, şagirdin bilik, bacarıq və inkişaf səviyyəsidir. Əgər şagird sistemli şəkildə öyrənmirsə, burada tədris metodlarının, motivasiyanın və müəllimin məsuliyyətinin də dəyərləndirilməsi təbii sayılmalıdır. Bu yanaşma müəllim peşəsinin nüfuzunu azaltmır, əksinə, peşəkarlığı ön plana çəkir. Nazirliyin mesajı ondan ibarətdir ki, maaş sadəcə saat hesabına deyil, təhsilin keyfiyyətinə uyğun formalaşmalıdır. Bu, müəllimlərin daim öz üzərində işləməsini və yeniliklərə açıq olmasını stimullaşdırır. Nəticədə isə həm şagird, həm valideyn, həm də cəmiyyət üçün daha keyfiyyətli təhsil mühiti formalaşır”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
142
demokrat.az

1Mənbələr